Rusiyalı diplomat Türkiyə XİN-ə çağırıldı


20:53     23 Mart 2017 turkiye%20xin.gif

Rusiyanın Ankaradakı müvəqqəti işlər vəkili Sergey Panov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müftüoğlu deyib.

Suriya ərazisindən açılan atəş nəticəsində türk əsgərinin həlak olmasından narahatlığını ifadə edən diplomat snayperin olduğu ərazidə atəşkəs rejiminin əməl edilməsinə Rusiyanın cavabdeh olduğunu bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 999