Taksi sürücüsünü bıçaqla hədələyən tutuldu


22:29     23 Mart 2017 1351597684_bicaqlama_7_700x3904.jpg

Ucar rayonunda taksi sürücüsünü hədələyən şəxsdən narkotik vasitə götürülüb.


Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 21-də Ucar rayon sakini Əlvan Əliyev Zərdab RPŞ-yə müraciət edərək həmin gün idarə etdiyi "VAZ-2106" markalı avtomobilə sərnişin qismində əyləşən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ehtiram Balakişiyevin onu bıçaqla öldürəcəyi ilə hədələdiyini bildirib.

Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Balakişiyev saxlanılıb, ondan 1 bıçaq və 135 qram marixuana götürülüb.

Açar sözlər:

Oxunub: 848