Həmyerlisini bıçaqladı - Ağcabədidə


22:55     23 Mart 2017 bicaq21.jpg

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az-ın Reporta istinadən verdiyi məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Rayon sakini 26 yaşlı Şirin Həsənov həmyerlisi tərəfindən bıçaqlanıb. İki bıçaq yarası alan 26 yaşlı gənc ilk olaraq Ağdam rayon, daha sonra Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Həkimlər yaralının vəziyyətini orta ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 926