20 min bilet satılıb


23:02     23 Mart 2017 logo_islamic_solidarity_games_islam_hemreyli_oyunlari_0411163.jpg

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək tamaşaçılara xüsusi diqqətimiz olacaq.


Femida.az xəbər verir ki, bunu açıqlamasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.

O deyib ki, biz istəyirik ki, oyunlar vaxtı dini əqidəsindən asılı olmayaraq bütün tamaşaçılara diqqət yetirək: "Oyunların açılış mərasimi Bakı Olimpiya Statdionuda təşkil ediləcək. Açılış vaxtı statdiona gələcək tamaşaçıların qidalanması, ibadəti, o cümlədən onların rahatlığını təmin etmək üçün nəqliyyatın təşkil edilməsi nəzərdə tutulub".

Səfərov vurğulayıb ki, Avropa Oyunlarında olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da biletlərin açılış qiyməti 20-200 manat arasında dəyişir. Ümumilikdə 500 min bilet satışa çıxarılıb. Bu günə kimi 20 min bilet satılıb. Hazırda da bilet satışı davam edir.

Qeyd edək ki, biletləri həm “Bakı-2017”nin rəsmi veb-səhifəsindən (www.baku2017.com/tickets), həm də “Park Bulvar”, “Gənclik” və “28 May” ticarət mərkəzləri də daxil olmaqla, paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən 12 bilet satışı məntəqələrindən (“ASAN xidmət”in 5 məntəqəsi də daxil olmaqla), eləcə də oyunların keçiriləcəyi 17 yarış obyektində açılacaq bilet satışı kassalarından əldə etmək mümkündür.

Açar sözlər:

Oxunub: 1233