Rusiyanın sabiq deputatı Ukraynada güllələndi


23:22     23 Mart 2017 jkk.jpg

Kiyevin mərkəzində Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkov öldürülüb.


Femida.az -ın xəbərinə görə, bu barədə Ukraynanın “Vesti” nəşri yazır.

Qətl hadisəsi “Premyer-Palaç” hotelinin yaxınlığında törədilib.

Nəşrin məlumatına əsasən, atışma Voronenkovun hoteldən mühafizəçi ilə birgə çıxdıqdan sonra başlayıb. İlkin məlumata görə, onlar ikisi də öldürülüb.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının sabiq deputatı Voronenkov ötən ilin sonunda həyat yoldaşı Mariya Maksakova ilə birlikdə Ukraynaya köçərək bu ölkənin vətəndaşlığını almışdı.

Açar sözlər:

Oxunub: 2624