Mağazadan oğurluq edən şəxs tutulub


01:11     24 Mart 2017 1405689430_1391632478_cenubnews-hebs-yeni1.jpg

Masallıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.


Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 19-da rayon ərazisindəki mağazalardan birindən 315 manat pul, sərinləşdirici içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bədəlan kənd sakini Zaur Həbibov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 805