Bu gündən Avropaya vizasız gedə biləcəklər
13:24 28 Mart 2017
Martın 28-dən etibarən Gürcüstan vətəndaşları Avropaya vizasız səfər edə biləcəklər.
Femida.az xəbər verir ki, bu dəqiqələrdə Aİ ilə vizanın liberallaşdırılmasının qüvvəyə minməsi ilə bağlı Tiflisdə konsert təşkil olunub.
Baş nazir Giorgi Kvirikaşvili Qala konsert keçirilən tədbirdə canlı yayıma çıxaraq vizanın ləğv olunması münasibətilə Gürcüstan vətəndaşlarını təbrik edib.
Gürcüstan Barışıq və Vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı APA-ya açıqlamasında deyib ki, Gürcüstanın növbəti məqsədi Avropa Birliyinə üzv olmaqdır: "Gürcüstanda demokratiya dəyərlərinin qorunması, üzərimizə götürdüyümüz islahatların, öhdəliklərin düzgün həyata keçirilməsi öz bəhrəsini verib. Bu, bütün Gürcüstanın sevincidir. Gürcüstan hökumətinin növbəti məqsədi isə Avropa Birliyinə üzv olmaqdır. Güclü, təhlükəsiz, azad Gürcüstan üçün bu məqsədə nail olmaq isə bizim arzumuzdur".
Femida.az
Oxunub: 1060
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu il vərəmdən ölənlərin sayı azalıb
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI