Putin-Ruhani görüşü başladı


19:41     28 Mart 2017 hesen-ruhani-ve-putin.jpg

Moskvada Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında görüş başlayıb.


Femida.az xəbər verir ki, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Sergey Şoyqu, İran tərəfdən isə xarici işlər naziri Məhəmməd Cavad Zərif, prezident administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian və İranın Rusiyadakı səfiri Mehdi Sənayi iştirak edirlər.

Görüş zamanı iki ölkə arasında münasibətlər, birgə enerji layihələri və ikitərəfli əməkdaşlığın bütün spektrləri müzakirə olunacaq.

Sonda ikitərəfli sənədlərin imzalanması və mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1195


Oxşar xəbərlər