`İran bizim etibarlı tərəfdaşımızdır` - Putin


19:49     28 Mart 2017 hesen-ruhani-ve-putin-3.jpg

`Rusiya və İranı uzun illər bağlayır. Biz 500 ildən çoxdur ki, diplomatik münasibətlərə malikik. İran bizim mehriban qonşumuz və etibarlı, sabit tərəfdaşımızdır`


Bunu Rusiya prezidenti Vladimir Putin Moskvada iranlı həmkarı Həsən Ruhani ilə görüşündə deyib.

V. Putin Rusiya ilə iranın praktiki olaraq bütün istiqamətlərdə effektli əməkdaşlıq etdiyini həmkarının diqqətinə çatdırıb:

`Bu, beynəlxalq fəaliyyət, çoxtərəfli çətin problemlərin həlli və iqtisadiyyat sahəsindəki işlərdir. Son illər bütün bu istiqamətlərdə önəmli nəticələr əldə edirik. Əminliklə demək olaraq ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 70 faiz artıb. Bu, müasir mürəkkəb iqtisadi şərtlərdə nadir hadisədir`.

Həsən Ruhani isə çıxışında son üç il yarımda iki dövlət arasındakı münasibətlərin inkişaf etdiyini deyib:

`Mən arxaya baxan zaman hər son görüşümüzdən sonra bizim uğurlar əldə etdiyimizi görürəm. Münasibətlərimiz yeni mərhələyə qədəm qoyub. Bu yeni mərhələdə biz münasibətlərimizin yeni keyfiyyəti haqqında danışa bilərik. Ümid edirəm ki, bu səfər çərçivəsində əməkdaşlığımızın inkişafı üçün yeni addımlar atılacaq. Bizim son məqsədimiz regionda sülhün və sabitliyin möhkəmləndirilməsidir. Bizim münasibətlərimizin inkişafı üçüncü ölkəyə qarşı istiqamətlənməyib`.

Femida.az

Açar sözlər:

Oxunub: 1425