Pakistan səfiri Qarabağdan danışdı


02:47     29 Mart 2017 406274932.jpg

Pakistan Dağlıq Qarabağ münaqişəsinin müvafiq mövcud qətnamələr əsasında həllini tapacağına ümid edir.


Bu barədə APA-ya açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Mohmand Xan deyib.

"Kəşmir münaqişəsinə dair BMT TŞ-nın qətnamələri var. Həmçinin Dağlıq Qarabağ münaqişəsinə aid qətnamələr mövcuddur. Bundan əlavə Pakistan parlamenti 2012-ci ildə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Bu ilin fevralında Milli Assambleya xarici ölkəyə aid qoşunların Dağlıq Qarabağdan çıxarılmasına çağıran qətnamə qəbul edib. Biz münaqişənin bütün bu qətnamələr əsasında öz həllini tapacağına ümid edirik".

Femida.az

Açar sözlər:

Oxunub: 1950