`İş yerlərinin sayını gizlədirlər` - Hadı Rəcəbli


15:37     29 Mart 2017 hadi%20recebli.jpg

“Sahibkarlar boş iş yerlərinin sayını gizlədirlər”


Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri bildirib ki, boş iş yerlərinin uçotunun məşğulluq xidmətlərinə təqdim olunması göstəricisi 30-40 faiz təşkil edir.

O, qeyd edib ki, bu sahədə hələ də müəyyən problemlər qalır:

“Bununla bağlı ciddi addımlar atılmalıdır ki, sahibkarlar boş iş yerlərinin sayı ilə bağlı düzgün məlumat versinlər. Bu sahə üçün nəzərdə tutulan cərimələrin məbləği artırıla da bilər”.

Femida.az

Açar sözlər:

Oxunub: 1361