4 güləşçimiz Avropa çempionatına qoşuldu


17:04     29 Mart 2017 1490774400132531869_1000x669.jpg

Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.


Femida.az xəbər verir ki, yarışın ikinci günündə 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparırlar.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Əli Rəhimzadə (61 kq) ilk görüşdə Almaniya pəhləvanı Niko Antonio Zarkone ilə qarşılaşacaq. Kənan Əliyev (86 kq) belaruslu Abdulla Ömərov, Hacımurad Ömərov (70 kq) isə gürcüstanlı Mirza Sxulukia ilə üz-üzə gələcək. Çempionatda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Umar İsrailovun rəqibi isə Ukrayna güləşçisi Danilo Kartavi olacaq.

Azərbaycan güləşçiləri yarışın birinci gününü bir qızıl və bir bürünc medalla başa vurublar. Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb.

Femida.az


Açar sözlər:

Oxunub: 1155