Kaspşikin ofisi genişləndirilir


17:48     29 Mart 2017 9ab5dc7d0351aa856a240200dfa028c2.jpg

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofis heyətinin sayının 7 nəfərə kimi artırılması nəzərdə tutulur.


“RİA Novosti”nin verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov ötən gün qondarma rejimin “rəhbəri” Bako Saakyanla görüşünün yekunlarını şərh edərkən deyib. O, bu və digər texniki məsələlərin müzakirə olunduğunu qeyd edib.

Qeyd edək ki, hazırda ofisdə 5 nəfər fəaliyyət göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 963


Oxşar xəbərlər