31 mart soyqırımı BDU-da anılıb
02:16 30 Mart 2017
Bakı Dövlət Universitetində (BDU) 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbiri açan rektor, akademik Abel Məhərrəmov Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb. 1918-ci il 31 mart soyqırımından bəhs edən rektor ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar çarxın nümayişindən sonra Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq faktlarla ətraflı məlumat verib.
Sonda tələbələr adından Tarix fakültəsinin tələbəsi Ayan Kərimova çıxış edib.
Femida.az
Oxunub: 698
Oxşar xəbərlər
- Füzulidə 31 yaşlı kişini avtomobil vurub
- Ukrayna Baş Qərargahı: “Rusiya Silahlı Qüvvələrinin itkiləri 31,9 min nəfərdir”
- Ukrayna Baş Qərargahı: "Rusiyanın hərbi itkiləri 31 minə çatır"
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (31.05.2022)
- Sabah 31 dərəcə isti olacaq
- Belarusdan Ukraynaya azı 631 raket atılıb
- Gədəbəydə 31 yaşlı kişi bıçaqlanıb
- Baş Prokurorluq: Bakıda partlayış zamanı 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb
- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın 31 taktik tabur dəstəsi döyüş qabiliyyətini itirib"