Azərbaycan AN-178 təyyarələri alacaq


02:05     30 Mart 2017 herbi-teyyarelerrrr_1490802058.jpg

Azərbaycan Ukraynanın “Antonov” şirkətinin istehsalı olan AN-178 təyyarələrini alacaq.


Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib. Səfirin sözlərinə görə, iki ədəd AN-178 təyyarəsi yaxın zamanlarda Bakıya göndəriləcək.

A.Xudiyev bildirib ki, Azərbaycanla Ukrayna arasında 10 ədəd AN-178 təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb: "Qalan 8 təyyarə isə razılaşma əsasında Azərbaycana tədarük olunacaq".

Diplomat qeyd edib ki, Azərbaycan və Ukrayna arasında birgə istehsalat barədə razılaşma da mövcuddur.

Femida.az

Açar sözlər:

Oxunub: 777