Kişi atası ilə arvadını güllələdi və intihar etdi


14:14     30 Mart 2017 530430.jpg

Türkiyədə intihar hadisəsi qeydə alınıb.


Femida.az Türkiyə mediasına istinadla bildirir ki, Amasya şəhərində mühafizəçi işləyən Engin Gül işdən evə gəlib, atası ilə həyat yoldaşını güllələyib, sonra da özünə qəsd edib.

52 yaşlı Engin Gül 82 yaşlı atası və 45 yaşlı xanımı Seval Gülü silahla yaraladıqdan sonra intihar edib.

Səsi eşidən qonşular polisə xəbər veriblər. Hadisə yerinə polislər və həkimlər gəlib. Onlar həyatını itirən Enginin atasını və xanımını xəstəxanaya çatdırıblar. Onların vəziyyəti ağırdır.

Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1672