İrandan Azərbaycana heroin keçirmək istədi


15:03     30 Mart 2017 serhed%20kecid.jpg

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.


Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bükümdə, xalis çəkisi 14 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 974