İlham Əliyev yol tikintisinə pul ayırdı
15:35 30 Mart 2017
Azərbaycan prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az-ın xəbərinə görə, sərəncamla on iki min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon (üç milyon səkkiz yüz min) manat “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Femida.az
Oxunub: 645
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir