Hoteldən oğurluq edən şəxslərə HÖKM OXUNDU


15:44     30 Mart 2017 1398947325_mehkeme.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda silsilə oğurluq törətməkdə təqsirləndirilən Nicat Məmmədov, Elman Bəkirov, Ceyhun Məmmədov, Elməddin Vəliyev, Adil Həşimov, Rəşid Paşayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elməddin Vəliyev 8 il, Nicat Məmmədov 7 il 6 ay, Adil Həşimov 8 il, Elman Bəkirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Barəsində ev dustaqlığı seçilən Rəşid Paşayev 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Hüseyn Hüseynov və Ceyhun Məmmədovun isə hər biri 3000 min manat məbləğində cərimə ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda Natella Quliyevaya məxsus hotelin həyətinə daxil olaraq, oradan 27 min manatlıq oğurluq ediblər. Bundan başqa, dəstə üzvləri Bakıda yerləşən şirkətlərdən kondisioner, radiator və digər əşyaları oğurlayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 936


Oxşar xəbərlər