Məşuqunu öldürən qadının məhkəməsi olacaq


15:55     30 Mart 2017 hebs_qadin_0451.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Valentina Filimonovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində baş verib. Həmin ərazidə yaşayan V.Filimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarət yetirib. N.Orlov hadisə yerində ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1246