Şəmkirdə iki nəfər güllələnib


20:09     30 Mart 2017 260319.jpg

Şəmkir rayonunda silahlı insident olub.


Hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib. Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus "Niva" markalı avtomobildə ayağından güllələnib.

Təfərrüatı hələlik məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.

Şəmkir Rayon Polisi Şöbəsindən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 1420