Xəzərdə qasırğa olacaq - Neftçilər təxliyyə edilir


20:27     30 Mart 2017 1490875086-3072.jpeg

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində elan olunan qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyyəsini həyata keçirir.


Bu barədə şirkətdən məlumat verilib. Məlumatda qeyd olunur ki, işçilərin təxliyyəsi artıq başlayıb: “İş yerlərində yalnız operatorlar qalacaq. Bu yolla da neft və qaz hasilatı dayandırılmayacaq”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 2064