“Günəşli“ yatağında 3 quyu qazıldı


22:56     30 Mart 2017 1440735077_neft-quyusu-m.jpg

“Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə fəaliyyətsiz fondda olan quyuların təmiri üzrə ardıcıl tədbirlər həyata keçirir.


Femida.az SOCAR-a istinadən xəbər verir ki, “Günəşli” yatağında iki həftə ərzində 19 saylı dərin dəniz özülündə 28 nömrəli quyu, 8 saylı dərin dəniz özülündə 288 nömrəli quyu, 13 saylı dərin dəniz özülündə isə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Quyular ümumilikdə gündəlik 150 ton neft və 100 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
İstismar işləri Birliyin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 672


Oxşar xəbərlər