İdmançılarımız dünya çempionu oldular


21:02     30 Mart 2017 stop.jpg

Azərbaycan yığmasının MMA döyüşçüləri növbəti uğura imza atıblar.


Femida.az xəbər verir ki, idmançılarımız Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında qələbə qazanıblar. Yarışda iştirak edən Bəxtiyar Abbasov (90 kq), Nəriman Abbasov (70 kq) və Hüseyn Əliyev (77 kq) yarışı fəxri kürsünün ən yüksək pilləsində başa vurublar. Bəxtiyar çempion tituluna türkiyəli Murat Kemerlə döyüşdə qalib gəlməklə yiyələnib. Nəriman həlledici döyüşdə Fransa idmançısı İv Adalbert Antibe Zanqa üzərində qələbə qazanıb. Hüseyn isə finalda türkiyəli Nurjan Tutkanı məğlub edib. Bundan başqa, idmançılarımızın yer aldığı Azərbaycan millisi komanda hesabında da 1-ci yeri tutub.

Femida.az

Açar sözlər:

Oxunub: 9346