Əlillərin protezlərlə təminatı üçün 2 milyon ayrıldı - SƏRƏNCAM


23:58     30 Mart 2017 2017_ilham_aliyev_0380.jpg

Azərbaycan prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması üçün Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 674