Bakıda daha bir küçə bağlanır


02:42     31 Mart 2017 1452928352_yol_polisi_0651.jpg

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması çərçivəsində Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti 31 mart tarixindən etibarən məhdudlaşdırılacaq.


Bu barədə Femida.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 603