5 yaşlı qız çayda batıb


00:14     31 Mart 2017 usaqcayda-batib_1490888381.jpeg

Çayda batdığı ehtimal edilən 5 yaşlı uşağın axtarışı başlanıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində çayda batdığı ehtimal olunan 2012-ci il təvəllüdlü Kazımova Xədicə Azər qızının batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 736