Əvəz Ələkbərov BMT-nin mükafatına layiq görülüb


00:19     31 Mart 2017 evez-elekberov_1490886821.jpg

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov BMT-nin İctimai Mükafatlar Şurasının qərarı ilə elm və təhsil sahəsində xidmətlərinə görə Avropa Ordeninə layiq görülüb.


UNEC-dən Femida.az-a verilən məlumata görə, Ə.Ələkbərova bu mükafat universitetdə həyata keçirilən yeniliklərdə, onun beynəlxalq aləmdə reytinqinin yüksəldilməsində xidmətlərinə, o cümlədən maliyyə və maliyyə institutları kafedrasında aparılan keyfiyyət dəyişikliklərinə verdiyi töhfəyə görə verilib.

Qeyd edək ki, Əvəz Ələkbərov Azərbaycanın sabiq maliyyə naziridir.

Femida.az

Açar sözlər:

Oxunub: 1693


Oxşar xəbərlər