Çimərliklərdə təhlükəsizliyə dair tələblər sərtləşdiriləcək


00:40     31 Mart 2017 bu%20cimerliklerde.PNG

Çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, çimərlik operatorlarının fəaliyyəti məhdudlaşdırılacaq.


Femida.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən Fövqəladə Hallar Nazirliyi 2017-2020-ci illərdə çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, çimərlik operatorlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülməsini təmin etməlidir. Nazirlik bu müddət ərzində çimərlik operatorları ilə müqavilə əsasında su hövzəsinin çimərliyə aid olan hissəsində xilasetmə, su nəqliyyatı vasitələri ilə xidmət göstərilməsi mexanizminin yaradılması ilə bağlı tədbirlər görməlidir. Fövqəladə Hallar Nazirliyi 2017-2020-ci illərdə çimərlik operatorları ilə müqavilə əsasında çimərlik ərazisinin su akvatoriyasını təmizləmək mexanizminin yaradılması ilə bağlı tədbirlər də görməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 792