Kim Çen Namın cəsədi Şimali Koreyaya təhvil veriləcək


01:56     31 Mart 2017 blank.jpg

KXDR-in lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın cəsədi Şimali Koreya tərəfinə təhvil veriləcək. Bu barədə məlumat Malayziyanın Baş naziri Nəcib Rəzzakın saytında dərc olunub.


TASS-ın verdiyi məlumata görə, Rəzzak yarılma prosedurunun başa çatması və qohumlarının yazılı müraciəti nəzərə alınaraq, Kim Çen Namın cəsədinin Şimali Koreyaya veriləcəyini bildirib. Həmçinin o, Pxenyandakı Malayziya səfirliyinin 9 əməkdaşının da vətənlərinə qayıda biləcəyini qeyd edib. KXDR Kim Çen Namın ölümündən sonra yaranan diplomatik böhran səbəbindən səfirlik əməkdaşlarının ölkədən çıxmalarına qadağa qoymuşdu.

Qarşılıqlı addım olaraq Kim Çen Namın qətlində şübhəli bilinən KXDR-in iki vətəndaşına da Malayziya paytaxtını tərk etməyə icazə verilib. Yerli KİV-lərin məlumatına əsasən, onlar bu gün Pekinə uçub.

Nəcib Rəzzak Şimali Koreya ilə münasibətdə diplomatik böhranın sona çatdığını vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 632