Livan prezidenti Ərəb ölkələrini tənqid etdi


01:56     31 Mart 2017 livan%20prezi.jpg

Livan prezidenti Mişel Aun Ərəb Birliyinin 28-ci sammitində çıxış edib.


Çıxışı zamanı Qüds məsələsinə də toxunan Mişel Aun Ərəb ölkələrinin bir-biriləri ilə aralarındakı gərginlikləri tənqid edib.

“Bu müharibələrdən kimlər faydalanır və kimlər ziyan görür? Hamımız ziyan görürük. Bizim insanlarımız ölür və yaralanır. Bütün faciələr bizi incidir”, deyə Mişel Aun çıxışı zamanı vurğulayıb.

Prezident Ərəb Birliyinin sadəcə qınama bəyanatları verməsini də tənqid edib.

O, qeyd edib ki, real addımlar atmaq lazımdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1015