Dünya nefti bahaşdı, Bakı nefti isə...


13:43     21 Aprel 2017 neft%20bahalasir.PNG

Dünya birjalarında neft qiymətləri müxtəlif dinamika nümayiş etdirir.


Femida.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,34% azalaraq 50,27 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar və ya 0,11% artaraq 53,05 dollar olub.

Azərbaycan nefti isə 1 dollardan çox ucuzlaşıb.

"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,21 dollar və ya 2,20% azalaraq 53,81 dollar təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 768