Nazirliyin işçiləri meyit tapdı


18:53     21 Aprel 2017 meyit%2029%20(1).jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb, 1947-ci il təvəllüdlü Ramanov Hümbət Məhəmməd oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1414