Narkotik alverində təqsirləndirilən şəxsə bəraət verildi


22:03     21 Aprel 2017 1427700436_mehkeme-a620x350.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Orxan Mailovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə Kollegiyası O. Mailov barəsində bəraət hökmü çıxarıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, O. Mailov ötən ilin mayında Suraxanı rayon 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 70 qram narkotik vasitə olan heroin aşkar edilərək, götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1266