Sülh Platformasının Belçika üzrə sülh səfiri təyin edilib
22:33 21 Aprel 2017
Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev Sülh Platformasının üzvü olan “The Caucasus Interface” təşkilatının sədri Mişel İvor ilə görüşüblər.
Sülh Platformasının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə platformanın gələcək planları müzakirə olunub.
Həmkoordinatorlar M. İvoru Sülh Platformasının cari fəaliyyəti və gələcək planları haqqında daha ətraflı tanış ediblər. Görüş zamanı tərəflər ümumi əməkdaşlığa dair razılığa gəliblər. M. İvor özü və sədri olduğu təşkilatın adından platformanın sülh qurucu fəaliyyətini dəstəklədiyini və bu sahədə öz imkanlarını səfərbər edəcəyini vurğulayıb.
Görüşün sonunda həmkoordinatorlar M. İvoru Ermənistan-Azərbaycan Sülh Platformasının Belçika üzrə sülh səfiri elan ediblər.
Femida.az
Oxunub: 1006
Oxşar xəbərlər
- Sülh Platforması prezidentlərə müraciət etdi
- Sülhməramlılarımız Əfqanıstana yola salınıb
- Sülh Platforması Ermənistan və Azərbaycan xalqını təbrik edib
- Sülh Platforması İqtisadi Forumunda iştirak edir
- Sülh Platformasında fransız yazıçı ilə görüş keçirilib
- Sülhməramlılarımızın bir qrupu geri dönüb
- Sülh Platformasından erməni vəhşiliyi ilə bağlı BƏYANAT
- Sülh Platforması Martirosyanla bağlı bəyanat yayıb
- Sülh Platformasının Ukrayna üzrə sülh səfiri təyin edilib
- Sülh Platformasının gələcəyi müzakirə olunub