Lənkəranda maşın dərəyə aşıb, ölən var


22:49     21 Aprel 2017 dereye%20asib.jpg

Lənkəran-Lerik yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın verdiyi məlumata görə, hadisə Lənkəranın Şovu kəndi ərazisində qeydə alınıb. Yolda hərəkət edən minik avtomobilinin dərəyə aşdığı, nəticədə bir nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxs Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 894