Usubov kollegiya iclası keçirib
23:50 21 Aprel 2017
Aprelin 21-də Daxili İşlər Nazirliyində «Qeyri-aşkar şəraitdə törədilmiş mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması»nın və «IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər»in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. O qeyd edib ki, bağlı qalmış cinayətlərin arasında qeyri-aşkar şəraitdə baş verən mülkiyyət əleyhinə cinayətlərin xüsusi çəkisi yüksəkdir və onların açılması hər bir əməkdaşdan peşəkarlıq tələb edir. Bu baxımdan aidiyyəti sahədə fəaliyyətin müvafiq qanunvericilik aktlarının, Nazirliyin əmr, göstəriş və kollegiya qərarlarının tələblərinə uyğun qurulması, profilaktik və əməliyyat-axtarış tədbirlərinin yüksək səviyyədə təşkili başlıca vəzifələrdən olmaqla davamlı surətdə həyata keçirilməlidir.
Nazir bu mötəbər idman yarışlarına hazırlıq işlərinin sürətlə getdiyini, planlaşdırılan tədbirlərin ciddi nəzarətdə saxlanılmaqla ardıcıllıqla yerinə yetirildiyini qeyd edib. O bildirib ki, qarşıda duran mühüm vəzifələrdən biri də 12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunmasıdır.
Femida.az
Oxunub: 1823
Oxşar xəbərlər
- Usubovdan yeni təyinat
- Usubov daha bir rəisi işdən çıxardı
- Usubov iki rayonun polis rəisini dəyişdirdi
- Usubov qiyam zamanı həlak olan polisin oğluna vəzifə verdi - FOTO
- Usubov vətəndaşları qəbul edəcək
- Usubov iclas keçirdi - Ciddi xəbərdarlıq etdi
- Usubov kollegiya iclası keçirib
- Usubov Gəncəyə gedir
- Usubov Lənkərana gedir
- Usubov vətəndaşları qəbul etdi - Şəkidə