Polad Bülbüloğlunun Parisdə təqdimatı oldu
14:18 22 Aprel 2017
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub.
Femida.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklərin, müşahidə missiyalarının rəhbərləri, üzvləri, bir çox mədəniyyət adamları və ictimai xadimlər iştirak ediblər.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin Azərbaycanın namizədi ilə görüşməyə imkan yaratdığını, P.Bülbüloğlunun təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə tanındığını diqqətə çatdırıb.
Polad Bülbüloğlu isə çıxışında bildirib ki, baş direktor seçiləcəyi təqdirdə zəngin təcrübəsini onlarla bölüşəcək. Səfir hazırda dünyada mövcud olan mürəkkəb vəziyyətdən söz açaraq savaşların minimuma endirilməsinin, humanitar sahədə daha da fəallıq nümayiş etdirərək sülhə nail olmağın önəmini qeyd edib.
Sonra Polad Bülbüloğlu pianoda ifa edib, həmçinin Azərbaycanın Əməkdar Artisti, tanınmış pianoçu, UNICEF-in xoşməramlı səfiri, UNESCO-nun “Sülh Artisti” Emil Əfrasiyabın müşayiəti ilə bir neçə mahnı ifa edib.
Femida.az
Oxunub: 945
Oxşar xəbərlər
- Polad Bülbüloğludan YUNESKO açıqlaması
- Polad Bülbüloğlu ermənilərlə bağlı Rusiya XİN-də məsələ qaldırıb
- Polad Bülbüloğlu ingiliscə çıxışından danışdı
- Polad Bülbüloğlu baş katib seçilərsə, nə iş görəcək?
- Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru seçilə bilər
- Polad Bülbüloğlu Karasinlə görüşüb
- Polad Bülbüloğlu Ramazan Abdulatipovla görüşdü
- Polad Bülbüloğlu Ərdoğanın düşmənlərinə səsləndi
- Polad Bülbüloğluna heykəl qoyuldu - FOTOLAR
- Polad Bülbüloğlu Türkiyənin Moskvadakı səfirliyində olub