Bakı neft də ucuzlaşdı - YENİLƏNİB


16:50     22 Aprel 2017 1420454703_neft.jpg

Dünya birjalarında neftin qiyməti düşüb.


Femida.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,09 dollar və ya 2,15% azalaraq 49,62 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,03 dollar və ya 1,94% azalaraq 51,96 dollar olub.

Azərbaycan nefti də ucuzlaşıb.

Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,57 dollar və ya 1,06% azalaraq 53,24 dollar təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 776