Sinif yoldaşının anasını bıçaqlayana güzəşt edilmədi


15:05     22 Aprel 2017 qadin%20bicaqlanma.jpeg

Sinif yoldaşının anasını bıçaqlamaqda təqsirləndirilərək hər biri 10 il müddətinə azadlıqdan məhrum edilənlər - 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə 2015-ci ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovanın evinə pul götürmək üçün girən Ramana qəsəbə sakinləri Q.Abdullayev və K.Cəfərzadə onu bıçaqlayaraq hadisə yerindən qaçıblar. K.Cəfərzadə Aynur Teymurovanın oğlu Əmrah Teymurovun sinif yoldaşı olub.

Q.Abdullayev qəsdən adam öldürməyə cəhddə, quldurluqda və mənzil toxunulmazlığı hüququnu pozmaqda, K.Cəfərzadə isə qəsdən adam öldürməyə cəhddə və quldurluqda təqsirlədirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən hökm dəyişdirilmədən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 575