Bakıda məktəbli qıza görə güllələnmə - Üç nəfər tutuldu


15:54     22 Aprel 2017 polis%20ppx2.jpg

Aprelin 19-da Səbail rayonu ərazisində Şamaxı rayon sakini Ələddin Bağırov və Bakı şəhər sakini Firuddin İsmayılov ayaqlarından aldıqları qırma yaraları ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Soltan Turabov, Aqil Seyidəliyev və İbrahim Əsədzadə tutulublar.

İ.Əsədzadədən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 2 ədəd patron götürülüb.

Qeyd edək ki, hadisə orta məktəbin 11-ci sinif şagirdi olan Firuddin İsmayılovla Soltan Turabov arasındakı münaqişədən sonra baş verib. F.İsmayılov sinif yoldaşı olan Fəridənin (ad şərtidir) Soltan tərəfindən narahat edildiyini öyrənəndən sonra ona irad bildirib. Tərəflər arasında münaqişə sakitləşdiriləndən sonra isə Soltan Aqil adlı tanışını Firuddinin yanına göndərib. Həmin şəxs məktəbli oğlanla dalaşarkən ətrafdakı şəxslər onları aralayıb. Daha sonra Aqil adlı həmin şəxs İbrahim və Elgün adlı daha iki nəfərlə “Hyundai Elantra” markalı avtomobillə Firuddinin yaşadığı evin qarşısına gəlib və küçədə ona tüfənglə atəş açıb. 17 yaşlı F.İsmayılovla qonşusu, 31 yaşlı Ələddin Bağırov güllə yarası alıb. Onların hər ikisi xəstəxanaya aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 10447