Telman İsmayılovun şikayəti qəbul edildi


18:16     22 Aprel 2017 11707491_851360844953191_4263249858182796902_n5.jpg

Moskva vilayətinin Arbitraj Məhkəməsi Çerkizovo bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun qurucusu, iş adamı Telman İsmayılovun müflis elan edilməsi barədə məhkəmə qərarından apelyasiya şikayətini qeydə alıb.


Rusiya mətbuatının yaydığı xəbərə görə, bu barədə iş materiallarında deyilir.

Martın 9-da vilayət arbitrajı iş adamını müflis elan edərək, İsmayılovun əmlakının satışı üzrə proseduru açıb. Cavabdehin maliyyə idarəedicisi kimi məhkəmə Valeri Kubelunu təsdiq edib. Vətəndaşın əmlakının satışı prosedurunun yekunlarına baxış üzrə iclas sentyabrın 6-na təyin olunub.

Vilayət arbitrajı 29 avqust 2016-cı il tarixdə “BM-Bank”ın vəsatəti üzrə İsmayılov barəsində borcların restrukturizasiyasını tətbiq edib. Elə həmin vaxt məhkəmə iş adamının kreditorlarının reyestrinə bankın 17,3 milyard rublluq tələbini əlavə edib.

Aprelin 4-də “BM-Bank”ın iddiası üzrə məhkəmə İsmayılova məxsus olan “Praqa-AST”nin müşahidə prosedurunu tətbiq edib.

Mayın 18-də isə məhkəmə İsmayılovun digər strukturu olan “Biznes-klub Tropikano”nun da müflis elan edilməsi üzrə bankın ərizəsinə baxacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 4342