Mərakeşin xarici işlər naziri Azərbaycana gələcək


19:26     22 Aprel 2017 mehemmed-adil-embarx.jpg

Bu ilin payızında Mərakeşin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir.


Femida.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarx deyib.

Onun sözlərinə görə, səfərin məqsədi hökumətlərarası birgə komissiyanın iclasında iştirak etməkdir: "İclasın dəqiq tarixi və proqramı müəyyənləşməyib. İlk iclasın bu ilin payızında Bakıda keçiriləcəyinə ümid edirik. Komissiyanın hər iki ölkədən həmsədrləri xarici işlər nazirləridir".

Açar sözlər:

Oxunub: 691