Kəndlilər polisləri girov götürdü


02:41     23 Aprel 2017 1492857396.jpg

Vyetnamda paytaxt Hanoya bağlı bir kənddə etirazçılar aksiyalarına müdaxilə edən polisləri girov götürüblər.


Femida.az xəbər verir ki, bu barədə dövlətə məxsus "Vnexpress" internet saytı məlumat yayıb. Saytın xəbərinə görə, Hanoy bələdiyyə sədri Nquen Dık Çunq hələ də 10-dan çox polis və vəzifəlinin girov saxlanıldığı böhranın həlli üçün 50-yə qədər kənd təmsilçisiylə görüşüb.

Xatırladaq ki, kənd təsərrüfatı üçün istifadə etdikləri əraziyə orduya məxsus telekommunikasiya şirkətinə verilməsinə etiraz edərkən polis müdaxiləsiylə üzləşmişdilər. Meyadana gələn qarşıdurmada 10-dan artıq kəndli saxlanılmışdı, Bundan sonra etirazçı qrup həftə ərzində hadisə yerindəki 38 polisi və vəzifəli şəxsləri girov götürmüşdü.

Qeyd edək ki, kəndlilər bu günə qədər 16 nəfəri sərbəst buraxıb, 3 əsir də qaçmağı bacarıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1385