Yəmənlilər BMT binası qarşısında aksiya keçirdi


02:24     23 Aprel 2017 yemen4.jpg

Yəmən xalqı Səudiyyə rejiminin cinayətlərinin davam etməsi və beynəlxalq aləmin səssizliyinə etiraz məqsədilə BMT-nin Sənadakı ərəb və İngiltərə bürosu qarşısında etiraz aksiyası keçirib.


Aksiyada Yəmənin qərbindəki əl-Hadidə limanının yenidən açılması tələb edilib. Nümayişçilər BMT-dən Səudiyyənin Yəmən xalqına qarşı cinayətləri və bu ölkənin mühasirəsini dayandırması istiqamətində təşəbbüs göstərmələrini istəyib.

BMT-nin humanitar işlər üzrə koordinatoru Cimi Makqodrik keçirdiyi mətbuat konfransında Yəmənin yenidən qurulması üçün az 2 milyard 100 milyon dollarlıq yardıma ehtiyacı olduğunu bildirib. Makqodrik, həmçinin əl-Hadidə limanın qapalı olmasından dolayı narahatlıqlarını dilə gətirərək, bu limanın humanitar yardımların 80 faizinin çatmasında əsas rol oynadığını qeyd edib.

Qeyd edək ki, Səudiyyə əl-Hadidə limanından qaçaq silah və sursat keçirilməsini bəhanəsiylə regionu hərbi bölgə elan edərək, bağlanması istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 661


Oxşar xəbərlər