Frankofoniya Həftələri başa çatıb


02:05     23 Aprel 2017 frank.jpg

Azərbaycanda başlamış Frankofoniya Həftələrinin bağlanış mərasimi keçirilib.


Femida.az xəbər verir ki, Frankafoniya həftəsi üç həftə müddətində davam edib.

Tədbir Frankofoniya həftəsində iştirak edən ölkələrin səfirlərinin giriş nitqləri ilə başlayıb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez çıxış edərək, iştirakçılara tədbirlərdə fəallıqlarına və Frankofoniya Həftələrinə göstərdikləri marağa görə təşəkkür edib: “Üç həftə ərzində tədbir 30 tədbir 10 səfirliyin iştirakı ilə keçirilib. Səmimi qəlbdən bizə dəstək olanlara təşəkkür edirəm”

Daha sonra çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanky bildirib ki, üç həftə ərzində biz Frankofoniyanın zənginliyini göstərməyə çalışdıq.

Digər səfirlər və diplomatlar da öz növbəsində çıxış ediblər.

Qeyd edək ki, Beynəlxalq Frankofoniya Təşkilatının 10 üzvü (Belçika, Misir, Fransa, Yunanıstan,Macarıstan,Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrə) bir araya gələrək, fransız dilini, Frankofoniyanı və onun dəyərlərini zəngin tədbirlər proqramı ilə qeyd ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 893


Oxşar xəbərlər