`Azərsığorta`: `Direktorun qətlinin şirkətlə əlaqəsi yoxdur` - YENİLƏNDİ


23:43     22 Aprel 2017 meyit-olu9.jpg

"Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın iş otağında ölü tapılmasına münasibət bildirib.


Femida.az xəbər verir ki, Dövlət şirkətinin hüquq və kadr departamentinin direktoru Əfqan Mirzəyev APA-ya açıqlamasında bildirib: "Biz də hadisədən xəbər tutduq. İlkin ehtimal qətldir, lakin məlumat rəsmi səviyyədə təsdiqlənməyib. Biz də rəsmi məlumat gözləyirik. Hər halda, görünən budur ki, hadisənin şirkətlə əlaqəsi yoxdur".

***

"Azərsığorta" dövlət sığorta şirkətinin Tovuz rayon filialının direktoru Raya Bayramova iş otağında ölü tapılıb.

1956-cı il təvəllüdlü R.Bayramovanın meyiti aidiyyəti üzrə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Tovuz rayon şöbəsinə təhvil verilib.

Meyitin üzərində qan ləkələri olduğuna görə, R. Bayramovanın qətlə yetirilməsi ehtimal edilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 4392