Nazirlik Əfqanıstandakı terror hücumunu pislədi


01:53     23 Aprel 2017 turkiye%20xin9.gif

Türkiyə Xarici İşlər Nazirliyi Əfqanıstanda hərbi bazaya təşkil edilmiş hücumu pisləyib.


Femida.az Türkiyə KİV-ə istinadən xəbər verirki, Nazirliyin bununla bağlı bəyanatında Türkiyənin terrorla mübarizədə Əfqanıstanla həmrəy olduğu qeyd edilir:

“Əfqanıstanın şimalında Məzari-Şərif şəhəri yaxınlığındakı hərbi bazaya hücum nəticəsində ən azı 140 əfqan hərbçisi həlak olub, çox sayda əsgər yaralanıb. Bu dəhşətli xəbəri dərin kədərlə qarşıladıq. Bu xain terror hücumunu ən sərt şəkildə pisləyirik. Hücumda ölənlərə Allahdan rəhmət, yaralılarına şəfa, əfqan xalqı və hökumətinə başsağlığı diləyirik”.


Femida.az

Açar sözlər:

Oxunub: 597