Bakıda qadınların cibinə girən kişi tutuldu


00:49     23 Aprel 2017 cibgir_ogru_00.jpg

Narkotik vasitə ilə tutulan Sunay Bağırovun ətrafında Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2 nəfərə qarşı cibgirlik etdiyi məlum olub.


Femida.az -ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, Sunay Bağırov paytaxt sakini olan bir qadının çantasından 8 manat, 70 lirə, mobil telefon və bankomat kartı, bir kişinin cibindən isə mobil telefon oğurlaması da müəyyən edilib.

Xatırladaq ki, bu ayın əvvəlində əvvəllər məhkum olunmuş Sunay Bağırov yanvar ayında Bakı şəhər sakini Gülbəniz Şərifovanın cibindən mobil telefon oğurladığına görə Bakı Şəhər Baş Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb.

Ondan həmçinin narkotik vasitədə götürülmüşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 2102