Şimali Koreya müharibədən qorxmur
00:58 23 Aprel 2017
KXDR sülhpərvər dövlətdir, lakin ABŞ tərəfindən təhlükəyə qarşı sərt addımlar atmağa hazırdır. Bu bəyanatla Şimali Koreyanın Xarici İşlər Nazirliyi çıxış edib.
Femida.az Azərtac-a istinadla xəbər verir ki, bəyanatda, həmçinin Pxenyanın “total müharibəyə ümumi müharibə ilə, nüvə zərbələrinə isə nüvə müharibəsi ilə” cavab verəcəyi və “təhlükəli qarşıdurmada” mütləq qələbə qazanacağı qeyd olunur.
Aprelin 16-da Cənubi Koreyanın silahlı qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsi KXDR-in Xamqon-Namdo əyalətinin Sinpxo rayonunda uğursuz raket sınağı keçirdiyini bildirib. Raketin növü hələ müəyyən olunmasa da, ekspertlər onun KN-15 tipli orta mənzilli ballistik raket ola biləcəyini ehtimal edirlər.
Raket sınağından sonra Yaponiya hökuməti baş nazirin dəftərxanası yanında böhran komitəsi yaradıb, Cənubi Koreyada isə Milli Təhlükəsizlik Şurasının daimi komitəsinin təcili iclası çağırılıb. ABŞ-ın vitse-prezidenti Mayk Pens isə öz növbəsində Cənubi Koreyaya səfərinin gedişində bu yaxında Vaşinqtonun Suriyaya endirdiyi raket zərbələrini xatırladaraq, Pxenyanı Prezident Donald Trampın qətiyyətini sınamamağa çağırıb.
Femida.az
Oxunub: 985
Oxşar xəbərlər
- Şimali və Cənubi Koreya arasında danışıq baş tutdu
- Şimali Kiprdə iki azərbaycanlı gənc tutuldu
- Şimali Koreyanın taleyi BMT-də həll olunacaq
- Şimali Koreya raketlərin sayını artırır
- Şimali Koreyaya qarşı sanksiyalar sərtləşdirildi
- Şimali Koreya ballistik raketini sınaqdan keçirdi
- Şimali Koreya yeni raketini nümayiş etdirib - VİDEO
- Şimali Koreya növbəti raket sınağı keçirdi
- Şimali Koreya raketi sınaqdan keçirib
- Şimali Koreya ABŞ-la danışığa gedir